Baş nazir 120-dən çox məmuru işdən çıxartdı

9 Sentyabr 2015 23:43 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabineti nümayəndəsinə istinadən "Əs-Sumariya" telekanalı məlumat yayıb.

"Nazirlər Kabinetinin rəhbəri dövlət institutlarının işində səmərəliliyin artırılması məqsədi ilə islahatlar paketinin reallaşdırlması çərçivəsində 123 idarə rəhbəri müavini və onların baş direktorlarının vəzifələrindən kənarlaşdırılması barədə qərar qəbul edib", - deyə hökumətdəki mənbə bildirib.