KİVDF-yə nə qədər pul ayrıldı?

22 Oktyabr 2012 07:32 (UTC+04:00)
Modern.az saytı Azərbaycan Respublikasinın 2013-cü il üçün dövlət büdcəsində Kütləvi İnformasiya Vasitələrinin inkişafının dövlət tərəfindən dəstəklənməsi məqsədilə ayrılacaq maliyyə vasaitinin məbləğini dəqiqləşdirib.

Məlum olub ki, gələn il Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna bu illə müqayisədə xeyli çox vəsait ayrılması nəzərdə tutulub.

Belə ki, 2013-cü ilin dövlət büdcəsindən Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fonduna (KİVDF) 3 milyon 896 min 800 manat vəsait nəzərədə tutulub.

Bu, ötən illə müqayisədə xeyli çoxdur. 2012-cu ildə KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna 3 milyon 870 min 608 manat vəsait ayrılməşdı.

Modern.az büdcədən KİVDF-yə ayrılan vəsaitlə bağlı Fondun icraçı direktoru Vüqar Səfərlidən münasibət öyrənməyə çalışıb. V.Səfərli deyib ki, nə qədər çox vəsit ayrılarsa, o qədər yaxşıdır.


AzNews.az