Azərbaycanın tanınmış bəstəkarı xəstəxanaya yerləşdirildi – Əməliyyat olundu

10 Sentyabr 2015 10:32 (UTC+04:00)
Bu barədə AzNews.az-a açıqlamasında bəstəkarın həyat yoldaşı məlumat verib.

O, bildirib ki, T.Əkbər sentyabrın 9-dan Nerocərrahiyyə Xəstəxanasındadır: "Beynində qan yığılıb, "gematoma" əmələ gəlib. Yay vaxtı həddən artıq gərgin işlədi. Yəni, bu cür xəstələrə belə iş rejimində işləmək olmaz. İlk vaxtlar ağrılar baş verdi, sonra da ağır vəziyyətdə xəstəxanaya apardıq".

Həyat yoldaşı qeyd edib ki, bu gün T.Əkbərin müayinələrinin nəticələri açıqlanacaq və həkimlər ona uyğun addım atacaq: "Bütün hallarda o, əməliyyat olunmalıdır. Əməliyyatın necə və hansı şəraitdə aparılacağı bu gün bilinəcək".

Sənətkarın həyat yoldaşı T.Əkbərin xəstəxanaya yerləşdirilməsində ailəyə dəstək olan millət vəkili Aydın Mirzəzadəyə və müğənni Aybəniz Haşımovaya təşəkkürünü bildirib.

***
18:02

"Tahir Əkbərin beyin əməliyyatı uğurla nəticələnib".

Bunu AzNews.az-a açıqlamasında bəstəkarın həyat yoldaşı bildirib. Qeyd edib ki, T.Əkbər hazırda Neyrocərrahiyyə Xəstəxanasının reanimasiya şöbəsindədir: "Əməliyyat iki saatdan çox çəkdi. Həkimlərin ilkin rəyi bu oldu ki, əməliyyat uğurla nəticələnib. Yəni, Tahir müəllim bundan sonra yaradıcılıq işləri ilə məşğul ola biləcək".

Bəstəkarın həyat yoldaşı deyib ki, T.Əkbər sabah reanimasiyadan palataya köçürüləcək.


Bahar RÜSTƏMLİ
AzNews.az