Zəlimxan Yaqubun vəziyyəti pisləşdi: “4 gün xəstəxanada qaldım”

10 Sentyabr 2015 12:24 (UTC+04:00)

Z.Yaqub məlumatı AzNews.az-a təsdiqləyib. Bildirib ki, 4 gün xəstəxanada qalıb: "Ağrılarım çox idi. Həkimlərin müalicəsindən sonra ağrılarım azalıb. İndi yaxşıyam və hazırda xəstəxanadan çıxıb evimə gedirəm".

Z.Yaqub deyib ki, həkimlər ona müalicənin davam etməsini məsləhət görüb: "Müalicə yazıblar, ev şəraitində aparılmalıdır. Məni sevənlər, narahat olmasınlar, yaxşıyam".

Bahar RÜSTƏMLİ
AzNews.az