Balakəndə partlayış

22 Oktyabr 2012 07:35 (UTC+04:00)
Azərbaycanın Balakən rayonunda yaşayış evində partlayış olub. Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Sarıbulaq kəndində qeydə alınıb.

Ümumi sahəsi 90 kv.m olan 3 otaqlı evin mətbəxində baş verən partlayışa qaz sızması səbəb olub. Nəticədə evdə olan 4 nəfər xəsarətlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


AzNews.az