Cəzaçəkmə Müəssisəsində qətl hadisəsi

10 Sentyabr 2015 14:38 (UTC+04:00)

Ədliyyə Nazirliyi Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, 2 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Famil Hüseynovla digər məhkum Həsən Əliyev arasında mübahisə baş verib.

Nəticədə F. Hüseynov yeməkxanadan götürdüyü bıçaqla H. Əliyevi bıçaqlayaraq qətlə yetirib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Qətllə bağlı məlumatı ilk olaraq haqqin.az saytı yayıb.