Çingiz Abdullayev sənədləri yaydı - Fotolar

10 Sentyabr 2015 16:11 (UTC+04:00)

AzNews.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Ç.Abdullayev "Pen klub Azərbaycan"ın varlığını təsdiq edən Ədliyyə Nazirliyinin Qeydiyyat Şəhadətnaməsinin və Vergilər Nazirliyi Asan Sertifikat Xidmətləri Mərkəzi Elektron İmza üçün sertifikatın fotolarını yayımlayıb.

O, fotolara yazdığı şərhdə klubun baş direktorunun Elmar Şeyxzadə olduğunu bildirib. Sertifikatda imza sahibinin Ç.Abdullayev olduğu bildirilir. Şəhadətnamə isə Beynəlxaq Pen Təşkilatı Azərbaycan Pen-klubunun fəaliyyəti üçün təqdim olunub.

Qeyd edək ki, bir neçə gün öncə Çingiz Abdullayev mətbuata açıqlamasında Pen klubun ondan Azərbaycan klublarının 3 illik beynəlxalq yarışlardan kənarlaşdırılması haqda sənədə qol çəkməyi tələb etdiklərini deyib.