Naxçıvana ayrılan dotasiya azaldılacaq

22 Oktyabr 2012 07:42 (UTC+04:00)
2013-cü ilin icmal büdcəsində Naxçıvan Muxtar Respublikası büdcəsinin gəlir və xərcləri bərabər olaraq 332,7 mln. manat proqnozlaşdırılır. Bu da 2012-ci ilə nisbətən 27,3 mln. manat və ya 8,9 faiz çoxdur.

Xərclərin 16,5 faizi və ya 55 mln. manatı Naxçıvanın öz gəlirləri, 83,5 faizi və ya 277,7 mln. manatı dövlət büdcəsindən ayrılan dotasiya hesabına formalaşıb.

2013-cü ildə dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə ayrılan dotasiyanın xüsusi çəkisinin ötən illə müqayisədə 1 faiz azalması nəzərdə tutulur.

Naxçıvan MR-də həyata keçirilən nəqliyyat, enerji, kənd təsərrüfatı, qaz və su təchizatı, sosial-mədəni təyinatlı infrastrukturların tikintisi və yenidən qurulması üçün gələn il dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu xərclərindən müvafiq məbləğdə vəsait ayrılıb.

Elnarə Əlosmanqızı
AzNews.az