Nəqliyyat müfəttişi ilə sürücü arasında dava - VİDEO

10 Sentyabr 2015 20:26 (UTC+04:00)

AzNews.az-ın avtosfer.az-a istinadən məlumatına görə, "Opel" markalı, 99 CP 506 dövlət nömrə nişanlı avtomobilin sürücüsünü maşından düşürüb üstünə hücum edən nəqliyyat müfəttişi özünü əsl qoçu kimi aparıb. Müfəttiş ona etiraz edən sürücüyə "ə, bozarma" deyərək əli ilə vurub maşından uzaqlaşdırıb.

Ətrafdakılar bu mənzərəni sadəcə seyr ediblər. Bir nəfər isə baş verənləri telefonla çəkib. Həmin şəxs sonda naməlum şəxsin hücumuna məruz qalıb və çəkilişi davam etdirə bilməyib.

Həmin görüntüləri sizlərə təqdim edirik: