Beyləqandakı atışmanın təfərrüatları

22 Oktyabr 2012 07:45 (UTC+04:00)
Dünən Beyləqan rayon sakini polisə zəng edərək, qəsəbə ərazisində 4-5 nəfər arasında mübahisə olması, onlardan birinin atəş açaraq digərini yaraladıqdan sonra "VAZ-2106" və 2 ədəd "Niva" markalı avtomaşınlarda getmələri barədə məlumat verib.

AzNews.az-a Daxili İşlər Nazirliyininin mətbuat xidmətindən verilən məlumata görə, araşdırmalar zamanı müəyyən edilib ki, Beyləqan şəhər sakini Ruhi Mahmudov, Mahir Əliyev, Mahir Hüseynov, Vasif Əsədov və Natiq Muradxanovun qəsəbə ərazisində ov edərkən, oraya Beyləqan rayon Ovçular Cəmiyyətinin sədri Allahyar Süleymanov və onunla birgə olan Ruslan Alxanov və Əbülfət Cəfərov gəlib. E.Süleymanov onlardan tüfənglərini təhvil vermələrini tələb edib.

Tələb yerinə yetirilmədiyindən A.Süleymanov tüfəngi dartıb almağa cəhd göstərərkən atəş açılıb. Nəticədə, A.Süleymanov aldığı xəsarətdən ölmüş, R.Alxanov və Ə.Cəfərov xəsarət alıb.


AzNews.az