“Putinberq” silahları istehsal olunacaq

22 Oktyabr 2012 07:47 (UTC+04:00)

Rusiya patent agentliyinə prezident Putinin adını daşıyan ticarət nişanı ilə bağlı müraciət edilib. AzNews.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, "Putinberq" adlanan odlu silahlar patentləşdirilməsi üçün ekspertizaya göndərilib.

Bundan əlavə bildirilir ki, "Putinberq" ticarət nişanı altında partlayıcı qurğular, snaryadlar və digər odlu silahlar istehsal olunacaq. Bununla belə, Rusiya prezidentinin mətbuat katibi Dimitri Peskov məlumatı nə təkzib nə də təsdiq edib. "Mən bu haqda ilk dəfədir ki, eşidirəm. Hələ ki, informasiyanı dəqiqləşdirmək lazımdır".

Sadiq Musa
AzNews.az