PKK hakim partiyanın binasına hücum etdi - 2 polis yaralandı

11 Sentyabr 2015 09:25 (UTC+04:00)

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, PKK terrorçuları Diyarbəkirdə AKP-nin rayon rəhbərliyini mühafizə edən polis heyətinə uzun lüləli silahlardan hücum təşkil edib.

Terror nəticəsində 2 polis yaralanıb. Yaralı polislər xəstəxanaya aparılıblar.

Hadisə yerində atəş açılmamış silahlar aşkarlanıb.

Aydan Axundova