Evakuatorla “İnfiniti“ toqquşdu - 2 nəfər yaralandı

11 Sentyabr 2015 10:58 (UTC+04:00)

AzNews.az APA-ya istinadən xəbər verir ki, hadisə ötən gecə Bakı-Qazax magistral yolunun Tovuz rayonu Qovlar şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Evakuator xidməti göstərən avtomaşınla "İnfiniti" markalı avtomobilin toqquşması nəticəsində "İnfiniti"-də olan sərnişinlər, Qovlar şəhər sakini, 20 yaşlı Rəmzi Alıyev və Qazax rayon Dağ Kəsəmən kənd sakini, 25 yaşlı Əsmər Tanrıverdiyeva müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Xəstəxanadan bildirilib ki, Rəmzi Əliyev ilkin yardım göstərildikdən sonra evə buraxılıb, avtomobildə olan digər sərnişin isə ağır xəsarətlər aldığından müalicəsi davam etdirilir.

Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi idarəsində araşdırma aparılır.