Ermənilərin hərbi maşını partladı - 6 nəfər öldü

11 Sentyabr 2015 11:02 (UTC+04:00)

Trend-in Ermənistan KİV-lərinə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində sürücü və düşmənin 5 hərbçisi həlak olub. Hadisənin Ermənistan-Azərbaycan sərhəddində, cəbhəyanı ərazidə baş verdiyi bildirilir.

Qeyd edək ki, hadisə 9 sentyabrda baş versə də, Ermənistan hakimiyyəti bu faktı ictimaiyyətdən gizlətməyə çalışıb. Amma jurnalistlərin yaydığı məlumatdan sonra qondarma "Dağlıq Qarabağ" rejimi faktı dana bilməyib.