Bakıda daha bir polis-sürücü davası - Video

11 Sentyabr 2015 12:12 (UTC+04:00)
AzNews.az xəbər verir ki, insidentə səbəb taksi fəaliyyətilə məşğul olan sürücünün avtomobilinin qanunsuz olaraq evakuatorla cərimə meydançasına aparılması olub.

Sürücü avtomobilini saxlamaq üçün icazə verildiyi yerdə saxladığını, həm də avtomobilinin yanında olduğunu bildirir. Lakin Polis əməkdaşları bunlara məhəl qoymadan avtomobili cərimə meydançasına aparıb. Buna qarşı çıxan sürücüyə isə zor tətbiq olunub və ona qarşı nalayiq ifadələr işlədilib.

Hadisənin şahidi olan AzNews.az-ın əməkdaşı baş verənlərin bir qismini lentə ala bilib. Həmin videonu təqdim edirik: