“NATO İŞİD-dən qorxur” - Dövlət Dumasının komitə sədri

11 Sentyabr 2015 14:03 (UTC+04:00)

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Dövlət Dumasının beynəlxalq əlaqələr komitəsinin rəhbəri Aleksey Puşkov öz "Twitter" hesabında yazıb.

"Lakin NATO Rusiyanın ünvanına təhdidlər etməklə məşğuldur və İŞİD-dən qorxur", - deyə o qeyd edib.

Xatırladaq ki, Rusiya xarici işlər naziri Serqey Lavrov qaçqın problemi ilə bağlı irəli sürülən təkliflərin bürokratik mahiyyətli olduğunu əsas gətirərək onların işə yaramayacağını bildirib. Onun sözlərinə görə, problemin səbəbinin siyasi mahiyyəti var.

Qeyd edək ki, 2015-ci il ərzində Yaxın Şərq və Şimali Afrikada baş verən münaqişələrin intensivləşməsi bölgə əhalisinin Avropaya kütləvi köç etməsinə gətirib çıxarıb. Təkcə ilin əvvəlində sığınacaq üçün müraciət edənlərin sayı 400 min nəfərdən çox olub.