Sərdar Cəlaloğlu ABŞ səfiri ilə görüşdü - FOTO

11 Sentyabr 2015 14:14 (UTC+04:00)

Partiyadan AzNews.az-a verilən məlumata görə, ADP-nin qərargahında baş tutan görüşdə ABŞ - Azərbaycan əlaqələri, ölkədə və dünyada mövcud siyasi vəziyyət, noyabrın 1-də keçiriləcək parlament seçkisi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə səfirliyin siyasi məsələlər üzrə müşaviri xanım Syuzan Çesli, ADP sədrinin birinci müavini Həsrət Rüstəmov və partiya sədrinin seçki məsələləri üzrə müavini Taliyyət Əliyev də iştirak edib. Görüş qarşılıqlı anlaşma şəraitində keçib.



Sevinc Yasinqızı
AzNews.az