Razi Nurullayev də Avropa Parlamentinə etiraz etdi – Açıqlama

11 Sentyabr 2015 14:30 (UTC+04:00)

Bunu AzNews.az-a açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının Etimad Qurultayı Təşkilat Komitəsinin sədri Razi Nurullayev deyib.

O bildirib ki, əksinə Azərbaycan hakimiyyəti ilə dialoq şəraitində bir çox problemləri həll etmək olar: "Düşünürəm ki, ən çox dialoq məsələsi gündəmdə olmalıdır. Avropa Parlamentinin həbs olunan insanlarla bağlı çağırışına qoşuluram. Həbs olunan bütün insanlar azadlığa buraxılmalıdır. Azad və demokratik seçkilər və digər məsələlər isə qarşılıqlı dialoq şəklində müzakirəyə çıxarılıb həllini tapmalıdır".

R.Nurullayevin fikrincə, Azərbaycan hökuməti ciddi islahatla aparmalıdır: "Həmin o qətnamədə də deyilən bir çox məsələlər düzgündür. Düşünürəm ki, Azərbaycan hakimiyyəti demokratik islahatlara yol açmalıdır. Amma mən Azərbaycan hakimiyyətinə və ayrı-ayrı vəzifəli şəxslərə qarşı sanksiyaların tətbiq edilməsinə ciddi yanaşmıram. Bunun da əsas səbəblərinən biri budur ki, bu günə kimi tətbiq olunan sanksiyalar vəziyyəti daha da ağırlaşdırıb. Heç bir zaman tətbiq olunan sanksiyalar həmin problemlərin həll olunmasına şərait yaratmayıb. Əksinə, digər problemlərin də üzə çıxmasına səbəb olub".

Bahar RÜSTƏMLİ
AzNews.az