Naxçıvan MR-in ərazisinə dəyişiklik edilir

11 Sentyabr 2015 16:05 (UTC+04:00)

AzNews.az Trend-ə istinadən xəbər verir ki, qanun layihəsində Babək rayonunun Qoşadizə kənd inzibati ərazi dairəsinin və onun tərkibindəki Qoşadizə kəndinin ləğv edilərək Azərbaycan Respublikasının ərazi vahidlərinin dövlət reyestrindən çıxarılması nəzərdə tutulur.

Bundan əlavə, qanuna əsasən ləğv edilərək Azərbaycan Respublikasının ərazi vahidlərinin dövlət reyesterindən çıxarılan Qoşadizə kəndinin 658 ha ərazisi bu qanuna əlavə edilmiş xəritəyə uyğun olaraq Babək qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Babək qəsəbəsinin inzibati ərazisinə birləşdiriləcək.

Qanun layihəsi Milli Məclisin növbəti plenar iclasına tövsiyə edilib.