“İcra Hakimiyyəti namizədliyimə icazə vermir”

11 Sentyabr 2015 16:55 (UTC+04:00)

"Sənədlərimi 66 saylı Biləsuvar dairə seçki kamisiyasına təqdim etdikdən sonra İcra orqanlarından ailəmə qarşı təziq olunub. Nəticədə, mən təqdim etdiyim sənədləri götürməyə məcbur oldum. Mənim qohumlarıma bildirirlər ki, yuxarıdan kimə icazə versələr, onlar da namizədliyini irəli sürə bilər. Mənim siyahıda adım yoxdur. Mən hüquqlarımın bərpa olunmasını istəyirəm. Ali orqana keçiriləcək seçkilərdə iştirakıma əngəl aradan qaldırılsın".

Məsələ ilə əlaqədar olaraq Biləsuvar rayon İcra başçısının müavini Xəyalə Qəmbərova ilə əlaqə saxladıq. Müavin Fərqan Əsədovun yalan informasiya verdiyini, İcra orqanlarının seçki məsələsinə qarışmadığını bildirib: "Bu, tamamilə yanlış iddiadır. Deputat olmaq istəyir, olsun. Biz ona nə üçün mane olmalıyıq? İcra orqanları seçki prosesinə qarışmır".