Sumqayıtda intihara cəhd edən qadın danışdı: “İndi hara gedim?“ (VİDEO)

11 Sentyabr 2015 18:35 (UTC+04:00)

Hadisə səhər saatlarında vətəndaşın icra şöbəsi tərəfindən mənzilindən çıxarılması ilə başlayıb. Bu zaman Almara Qəşədərova əlinə bıçaq alaraq blokun qarşısını kəsib və icra məmurlarının içəri daxil olmasına icazə verməyib. O, iki uşağı ilə birlikdə intihar edəcəyi ilə bağlı xəbərdarlıq edib. Olay zamanı qarşıdurma yaranıb. A. Qəşədərova və azyaşlı qızı huşunu itirib, ərazitə Təcili Tibbi Yardım maşını gəlib. Onu sakitləşdirməyə çalışsalar da buna nail ola bilməyib. İş o yerə çatıb ki, A. Qəşədərovanın özünü yandırmasından ehtiyatlanan icra məmurları əraziyə yanğınsöndürən maşın da çağırıblar. Emosiyalarına hakim ola bilməyən çıxan A. Qəşədərova blokdan çıxaraq avtomobil yoluna doğru qaçaraq özünü avtomobilin altına atıb. Xoşbəxtlikdən icra məmurları bunun qarşısını ala biliblər. Amma sonda icra məmurlarının evə daxil olması mümkün olub. A. Qəşədərovanını əmlakı küçəyə çıxarılıb.

A. Qəşədərova övladları ilə birgə Sumqayıt şəhər Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşları tərəfindən sakitləçdirilib və avtomobilə mindirilərək polis idarəsinə aparılıb.