46 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürdü - Şəkidə

11 Sentyabr 2015 19:15 (UTC+04:00)

AzNews.az xəbər verir ki, hüquq-mühafizə orqanlarından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə bu gün saat 17 radələrində rayonun Cumakənd kəndində qeydə alınıb. Cumakənd kənd sakini, 1969-cu il təvəllüdlü Sadıq Mirzəli oğlu Məmmədovu yaşadığı ünvanda elektrik cərəyanı vurub. Nəticədə Sadıq Məmmədov yerindəcə ölüb.

Faktla bağlı prokurorluq tərəfindən araşdırma aparılır.