Gürzə sancan xəstələr ağırlaşıb

22 Oktyabr 2012 08:49 (UTC+04:00)
Son günlər ilan sancmaları ilə bağlı Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə iki xəstə gətirilib.

Gürzə sancması diaqnozu ilə şöbəyə gətirilən 44 yaşlı qadın və 47 yaşlı kişinin vəziyyəti ağırdır. Bu barədə məlumatı AzNews.az-a şöbə müdiri Azər Maqsudov verib.

A.Maqsudov bildirib ki, Ağcabədidən gətirilən qadını gürzə öz həyətində sancıb. Gəncədən gətirilən 47 yaşlı kişini isə təsərrüfatla məşğul olarkən ilan sancıb: "Hər iki xəstəyə rayonda zərdab vurulsa da, vəziyyətləri ağırdır".

Elnarə Əlosmanqızı
AzNews.az