Məmmədyarov Dünya Kubokuna qələbə ilə başladı

11 Sentyabr 2015 21:07 (UTC+04:00)

AzNews.az AzərTAc-a istinadən xəbər verir ki, ağ fiqurlarla oynayan şahmatçımız start görüşünün 31-ci gedişində iranlı Pouya İdanini məğlubiyyətə uğradıb.

Le Kuanq Lyem (Vyetnam) və Vasif Durarbəyli (Azərbaycan) sülh bağlayıblar. Heç-heçə 29-cu gedişdə qeydə alınıb.

Teymur Rəcəbov – Samuel Sevyan (ABŞ), Rauf Məmmədov – Yevgeni Nayer (Rusiya), Eltac Səfərli –Çaba Baloq (Macarıstan), Qədir Hüseynov – Maksim Matlakov (Rusiya) partiyaları hələ davam edir.