Şirvanda toy yasa döndü - Rəqs edərkən ürəyi tutdu

11 Sentyabr 2015 23:25 (UTC+04:00)

AzNews.az-ın APA-ya istinadən məlumatına görə, ölüm hadisəsi bu gün axşam saatlarında Şirvan şəhərində yerləşən şadlıq saraylarından birində baş verib.

Sabirabad rayonunun Azadakənd sakini 1961-ci il təvəllüdlü Rüstəmov Əssan Hüseynağa oğlu toy mərasimində rəqs edərkən ürək tutmasından dünyasını dəyişib. Qohumları ölən şəxsin bir müddət əvvəl infarkt keçirdiyini qeyd ediblər.