“Donbasdakı vəziyyət Dağlıq Qarabağ münaqişəsi kimi...” - Leonid Kuçma

12 Sentyabr 2015 22:32 (UTC+04:00)

AzNews.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu Ukraynanın sabiq prezidenti, üçtərəfli təmas qrupunun ukraynalı həmsədri Leonid Kuçma deyib.

"Görün, müxtəlif səviyyələrdə nə qədər komissiyalar yaradılıb. Nə olsun? Heç olmazsa, bircə problem həll olunubmu? Xeyr. Problemin həlli istiqamətində, tunelin sonunda, bir işıq görünürmü? Xeyr. Gürcüstan, Moldova və Azərbaycanda olan bu problemlərin belə vəziyyətdə qalması, sanki, dünyanı qane edir. Getdikcə Ukraynadakı hadisələr beynəlxalq ictimaiyyətdə daha az səslənir. Avropa KİV-lərində Ukraynada baş verən hadisələr, demək olar ki, daha işıqlandırılmır", deyə o qeyd edib.

Ukraynanın Donbasdakı vəziyyətin "dondurulmuş münaqişə" vəziyyətinə gətirilməsini qəbul edib-etməyəcəyinə dair sula cavabında Kuçma hazırda baş verənlərin məhz münaqişənin dondurulmasına doğru getdiyini vurğulayıb.