Polis bölməsinə hücum oldu - 2 şəhid

13 Sentyabr 2015 11:54 (UTC+04:00)

AzNews.az-ın Anspress-ə istinadən məlumatına görə, terrorçular Şırnakda yerləşən polis məntəqəsinə əvvəlcə bombalı, daha sonra silahlarla hücum ediblər. Nəticədə 2 polis məmuru yerindəcə ölüb, 5-i isə ağır bədən xəsarətləri alıb. Yaralılar dərhal Şırnak Dövlət Xəstəxanasına çatdıdırılıblar.

Alınan məlumata əsasən, hadisə Şırnak-Uludərə ərazisinin 2 kilometrliyində baş verib. PKK hücumunu görən polislər də onlara cavab atəşi açıblar.

Hücumdan sonra terroristlərin tutulması üçün havadan hərəkətə keçilib. 23 nəfər xüsusi xidmət orqanının nümayəndələri Sınır Tümən Bazasından qalxan Kobra helikopterləri ilə terroristləri atəşə tutublar. Nəticədə iki silahlının nəzarət altına alındığı deyilir.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.