İcra başçısının maşını cərimə meydançasına aparıldı

13 Sentyabr 2015 19:32 (UTC+04:00)

AzNews.az-ın avtosfer.az-ın məlumatına görə, avtomobilin saxlanılmasına səbəb üzərində qadağan olunmuş "FiFa" siqnalı və sayrışın işıqların olmasıdır. Həmin nəqliyyat vasitəsinin cərimə meydançasına aparıldığı bildirilir.

Saytın əldə etdiyi məlumata görə, 10 AA 812 dövlət nömrə nişanlı avtomobil Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İskəndəarovun xidməti avtomobilidir.

Xatırladaq ki, icra başçılarının xidməti avtomobillərində bu cür vasitələrdən istifadə qanuna ziddidir. Çünki həmin siqnal və sayrışan işıqlar yalnız operativ nəqliyyat vasitələrinə vurula bilər. İcra başçısının xidməti avtomobili isə operativ nəqliyyat vasitəsi hesab oluna bilməz.