“Əl-Kaida” lideri müsəlmanları müharibəyə çağırdı

13 Sentyabr 2015 20:21 (UTC+04:00)

AzNews.az İnterfax-a istinadən xəbər verir ki, bu barədə Ayman əz-Zəvahirinin radio müraciətində bildirilir.

"Mən Qərb ölkələrində yaşayan bütün müsəlmanları bu ölkələrə zərər vurmağa çağırıram", - radio müraciətdə deyilir.

"İndi biz səlibçi Qərb ilə, xüsusən də ABŞ ilə, müharibəyə hazır olmalıyıq", - "Əl-Kaida" lideri qeyd edib.