Saatlıda yol qəzası - Sürücü yaralandı

13 Sentyabr 2015 21:12 (UTC+04:00)

AzNews.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Saatlı rayonunun Potubəyli kəndi ərazisində qeydə alınıb.

Belə ki, Sabirabadın Ulacalı kənd sakini, 1978-ci il təvəllüdlü Ələkbər Əlisahib oğlu Əliyev "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən anidən idarəetməni itirib və maşın aşaraq yolun kənarına düşüb.
Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı dərhal Sabirabad rayon mərkəzi xəstəxanasına çatdırılaraq ona ilk tibbi yardım göstərilib. Ələkbər Əliyevin vəziyyəti ağır olduğu üçün sonra o, paytaxt xəstəxanalarından birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.