Qadın müğənnimizə pulsuz təklif – FOTO

22 Oktyabr 2012 10:32 (UTC+04:00)
Müğənni Günay İbrahimli yaradıcılığındakı yeniliklərindən danışıb. O, AzNews.az-a açıqlamasında bildirib ki, yaxın günlərdə albomu və saytı işıq üzü görəcək.

G.İbrahimli "Qala" qrupunun solisti Ceyhun Əliyevin növbəti bəstəsinə də müraciət etdiyini də deyib: "Ceyhunun müəllifi olduğu yeni lirik mahnı ifa edəcəyəm. Mahnı 10 gün ərzində hazır olmalıdır. Həmin mahnıya klip çəkdirmək fikrindəyəm. Əslində, Ceyhunun müəllifi olduğu "De onun adı nədir?" mahnısına klip çəkdirmək istəyirdim, amma fikrimdən yayınmışam. Çünki bu mahnıya klip çəkmək üçün 10-a yaxın rejissordan çox təklif almışam. Onlar istəyirlər ki, pulsuz klip çəksinlər. Təbii ki, klip çəkdirsəm, pul xərcləyəcəyəm".

Fuad Mədətov
AzNews.az