“Şəffaf seçkilərin keçirilməsini gəlib Azərbaycandan öyrənsinlər” – YAP-çı deputat

14 Sentyabr 2015 14:49 (UTC+04:00)


AzNews.az-ın məlumatına görə, bu sözləri Milli Məclisin deputatı Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında deyib. Deputat bildirib ki, Azərbaycan əleyhinə qəbul edilən qərarlarda iştirak edənlərin bir çoxunun bəzi antimilli qüvvələrə qrantların ayrılmasında rolları olub: "Az qalırlar desinlər Amerikada öldürülən iki jurnalistin qətlində və Çin yuanının dəyərdən düşməsində də Azərbaycanın əli var. Xoruz banlamırdı deyə səhər açılmırdı? Bunların əsas məqsədi Azərbaycanda da ərəb ölkələri kimi xaos və anarxiya yaratmaqdır. Azərbaycanda hər zaman azad və ədalətli seçkilər keçirilib və bundan sonra da keçiriləcək. Heç bir təşkilat Azərbaycanı öz uğurlu və müstəqil yolundan çəkindirə bilməz. Azərbaycanda xalqla iqtidar arasında güclü birlik var, bu birliyi heç kəs poza bilməyəcək. Azərbaycanda olan bəzi milli satqınlar da Avropanın əlaltısına çevrilib. Hər dəfə olduğu kimi, onların bu palanları iflasa uğrayacaq"

Siyavuş Novruzov avropalıları seçkini Azərbaycandan öyrənməyə çağırıb: "Azərbaycanda bütün siyasi partiyalar, QHT-lər seçkilərdə iştirak edəcəyini bildirir, lakin "Milli Satqınlar Şurası" boykota əl atır. Çünki onlar həmin qüvvələrdən qrant alırlar. Avropalılar tolerantlığı, şəffaf seçkini, mənəvi dəyərlərin necə qorunduğunu gəlib Azəbaycandan öyrənsinlər".

AzNews.az