2 keçmiş məktəb direktoru haqqında cinayət işi açıldı

14 Sentyabr 2015 15:41 (UTC+04:00)

AzNews.az Lent.az-a istinadən xəbər verir ki, təhsil naziri Mikayıl Cabbarov bildirib ki, son tədris ilində təhsil sahəsində çalışan bir neçə işçi cəzalandırılıb: "Hazırda Bakının iki keçmiş məktəb direktoru haqda qanunvericiliyə uyğun olaraq cinayət işi aparılır. İkinci istiqamət üzrə isə biz təhsil alanla təhsil verən arasında kontaktları minimuma endirmişik. Bakı şəhərində ilk dəfə tətbiq etdiyimiz I sinfə elektron qəbulu nümunə göstərmək olar".