XİN siyasi siğınacaq istəyən diplomatı niyə gizlədir? - Fotofaktlar

14 Sentyabr 2015 16:08 (UTC+04:00)

Konsul vəzifəsindən kənarlaşdırılandan sonra, Bakıya, Xarici İşlər Nazirliyinə dəvət olunub. O, isə Bakıya gəlməkdən imtina edib və Niderland Krallığından sığınacaq istəyib.

Dəqiq mənbədən əldə etdiyimiz məlumatı saytda tirajlamazdan əvvəl məsələ ilə əlaqədar AzNews.az-ın əməkdaşı XİN-dən rəsmi münasibət almağa çalışsa da, şənbə günü olduğundan suallarımız cavabsız buraxılıb.

Xəbərin saytımızda dərc edilməsindən bir neçə saat sonra XİN-in mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Xarici İşlər Nazirliyi sistemində belə bir adam işləmir. Əslində, nazirliyin sorğuya verdiyi əndrabadi cavabdan aydın görünürdü ki, yayılan xəbər doğurdur. Lakin ölkəmizin xarici siyasətini müəyyən edən bir nazirliyin baş verən bu biabırçı olaydan boyun qaçırması, məsələyə konkret cavab verməməsi, dolaşıq cümlələrlə oxucularda fərqli rəy forlaşdırmağa çalışması bizi bir balaca araşdırma aparmağa sövq etdi. Məlum oldu ki, nazirliyin sistemlərində işləmədiyini iddia olunan şəxs haqqında nazirliyin rəsmi saytında məlumatlar hələ də silinməyib.

Məlumatda Nahid Cəfərovun Azərbaycanın Niderland Krallığındakı səfirliyinin attaşesi olduğu qeyd olunub. N.Cəfərov haqda XİN saytında yerləşdirilən materialın fotosunu təqdim edirik:



Bundan əlavə, səfirliyin rəsmi saytında da N.Cəfərovun bu qurumdakı vəzifəsi barədə məlumat var. Səfirliyin saytında isə Nahid Cəfərovun 3-cü katib, konsul olduğu qeyd olunub.

Həmin məlumatın da fotosunu təqdim edirik:



Elmar Məmmədyarovun rəhbərlik etdiyi sistemdə çalışmadığı iddia olunan Nahid Cəfərovun konsul kimi fəaliyyət göstərməsini sübut edən başqa bir faktı da təqdim edirik. Bir müddət əvvəl konsulluqdan alınan sənədə də möhürü Məhz N.Cəfərov vurub.

Fotonu təqdim edirik:



Ən maraqlı məqam isə nazirliyin təqdim etdiyimiz məlumatları gizlətməyə çalışmasıdır. Belə ki, Xarici İşlər Nazirliyində səfirliyin işçiləri ilə bağlı təqdim olunan materialın ingilis dilli variantında səfirlik işçilərinin adları silinib.



Bundan əlavə Azərbaycanın Niderland Krallığındakı Səfirliyinin də rəsmi saytının əsas səhifəsindəki məlumatlar yığışdırılıb.