Bu ali və orta məktəblərdə dərslərin vaxtı dəyişdirildi - SİYAHI

14 Sentyabr 2015 16:53 (UTC+04:00)

AzNews.az APA-ya istinadən xəbər verir ki, Azərbaycan Texniki Universitetində bu tədris ilində dərslər öncəki tədris illərində olduğu kimi saat 8:30-da deyil, saat 9:00-da başlayacaq.

Azərbaycan Dövlət İqtisad Universitetində də iş qrafiki dəyişib. Əgər öncəki tədris illərində bu təhsil müəssisəsində birinci növbə üçün dərslər saat 8:30, ikinci növbə üçün dərslər saat 13:45-də başlayırdısa, bu il birinci və ikinci növbələr üçün dərslər müvafiq olaraq saat 9:00 və saat 14:00-da başlayacaq. Bakı Dövlət Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universitetində isə iş qrafikləri dəyişməyib. Bakı Dövlət Universitetində dərslər keçən tədris illərində olduğu kimi saat 8:30-da, Azərbaycan Memarlıq və İnşaat Universitetində isə saat 9:00-da başlayacaq.

Bakının mərkəzində yerləşən orta məktəblərdə də fərqli iş qrafiki tətbiq olunacaq. Məsələn, "İçərişəhər" metrostansiyası yaxınlığında yerləşən 132 saylı orta məktəbdə tədris artıq saat 8:30-da deyil, saat 8:00-da başlanacaq.