Müdafiə sahəsi gücləndirilir – Orduya ayrılan vəsait artırıldı

14 Sentyabr 2015 17:42 (UTC+04:00)

Bu barədə AzNews.az-a Maliyyə Nazirliyindən məlumat verilib. Nazirliyin 2016-cı ilin dövlət büdcəsinin göstəriciləri ilə bağlı sənədində müdafiə sahəsi üçün nəzərdə tutulan xərclər ötən ilin dövlət büdcəsinin proqnozu ilə müqayisədə 59,3 milyon manat (3,3%) çoxdur.

Ümumilikdə Azərbaycanda müdafiə və təhlükəsizlik, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarının saxlanılması üçün 2016-cı il dövlət büdcəsindən 18,3% vəsait ayrılması planlaşdırılıb.

AzNews.az