Avropa Birliyi Rusiyaya qarşı sanksiyaların müddətini uzatdı

14 Sentyabr 2015 18:39 (UTC+04:00)

Musavat.com-un xarici informasiya qaynağına istinadən xəbər verdir ki, bu barədə Avropa Birliyindəki mənbə bildirib.Məlumata görə, qərar Avropa Birliyi Şurasının ümumi işlər üzrə iclasında qəbul edilib.

Beləliklə, sanksiyaların təsiri altına yenidən Rusiya və Ukraynadan olan, bu ölkənin suverenliyi və ərazi bütövlüyünün pozulmasında günahkar bilinən fiziki və hüquqi şəxslər düşüb.
Yada salaq ki, ABŞ və Avropa Birliyinə üzv-ölkələr Krımın işğalı və Rusiyanın Ukraynanın cənub-şərqinə müdaxiləsinə görə bir sıra rusiyalı məmur və siyasi xadimlərə qarşı sanksiyaları 2014-cü ilin martında qəbul edib. Onların Avropa ölkələri ərazisinə girişi yasaqlanıb, hesabları dondurulub.