Polis zabiti qəzada öldü

14 Sentyabr 2015 22:28 (UTC+04:00)

AzNews.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Sabirabad rayonunun Qaratəpə kəndi ərazisində baş verib.

Siyəzən polis şöbəsinin istintaq bölməsinin rəisi, İmişli rayon sakini, 1961-ci il təvəllüdlü Məmiyev Əlibaxış Məhəmməd oğlu özünə məxsus "Opel Omega" avtomobili ilə qəzaya düşüb. Ə.Məmiyevin avtomobilin aşması nəticəsində hadisə yerində öldüyü bildirilir.

Faktla bağlı Sabirabad rayon prokurorluğunda araşdırma aparılır.