Çex Prezidenti Azərbaycana rəsmi səfərə gəldi

15 Sentyabr 2015 09:09 (UTC+04:00)

AzNews.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Çex Prezidenti Miloş Zemanı və xanımı İvana Zemanovanı hava limanında Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.