Azərbaycan səfirinə maşın hədiyyə etdilər

15 Sentyabr 2015 11:20 (UTC+04:00)

AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, ötən gün D Klass sedan "Lifan 820" modelinin təqdimat mərasimindən sonra 7 dost ölkənin yüksək rütbəli nümayəndələrinə təqdim olunub.

"Lifan Motors" yeni modeli bu diplomatik nümayəndəliklərə yeni modeli hədiyyə edib: "Əlcəzair, Azərbaycan, İraq, İran, Peru, Qazaxıstan və Efiopiya.

"Lifan 820" modeli müxtəlif növ testlərdən uğurla keçib.

Qeyd edək ki, Azərbaycanın Çindəki səfiri Lətif Qəndilovdur.