“Tütək səsi”nin “Cəbrayıl”ı vəfat etdi

15 Sentyabr 2015 12:24 (UTC+04:00)

AzNews.az-ın report-a istinadən xəbərinə görə, bu barədə 81 yaşlı aktyorun həyat yoldaşı məlumat verib.

M.Volontir uzun müddətdir ağır xəstəlikdən əziyyət çəkirdi.



O, 1934-cü il martın 9-da anadan olub. Aktyor "Qaraçı" və "Budulayın qayıtması" filmlərində ifa etdiyi Budulay obrazı ilə məşhurlaşıb.

Azərbaycan tamaşaçıları Volontiri rejissor Rasim Ocaqovun çəkdiyi "Tütək səsi" filmində ifa etdiyi Cəbrayıl obrazı ilə tanıyıb.