“ÜATİ Azərbaycan üçün təhlükəlidir”- İDDİA

22 Oktyabr 2012 11:35 (UTC+04:00)
Bu gün Azərbaycan Demokrat Partiyası (ADP) İdarə Heyətinin növbəti toplantısı keçirilib.

AzNews.az-ın məlumatına görə, toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi hadisələrlə yanaşı, Rusiyada yaşayan və zəngin sərvətə malik olan bir qrup insan tərəfindən Ümumrusiya Azərbaycan Təşkilatı İttifaqının yaradılmasına münasibət bildiriblər.

Partiya yetkililəri bu təşkilatın siyasi xarakter daşımasını və Rusiya dövləti tərəfindən himayə edilməsini diqqətə çatdırıblar. Təşkilatın Azərbaycanın ictimai-siyasi həyatında əvvəllər aktiv iştirak etməyən insanlar tərəfindən idarə olunmasını Azərbaycan dövləti üçün təhlükəli addım kimi dəyərləndiriblər.

Onların qarşıdan gələn seçkilərdə Rusiyanın maraqlarına uyğun namizədlərlə dəstək verəcəkləri ehtimalını xalqımızın maraqlarının əleyhinə yönələn cəhd kimi qiymətləndiriblər.

İlkin Pirəli
AzNews.az