YAP rəhbərliyi: “Gülər Əhmədova məsələsi bitib”

22 Oktyabr 2012 11:46 (UTC+04:00)
"Gülər Əhmədova məsələsi bitib, artıq bununla hüquq-mühafizə orqanları məşğul olur". Bunu AzNews.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı bildirib.

YAP-çı millət vəkili deyib ki, hazırda hüquq-mühafizə orqanları tərəfindən müvafiq iş aparılır və onun YAP-dan çıxarılması məsələsinə də baxıla bilər: "Onun YAP-a üzvlükdən çıxarılması ilə bağlı partiyanın ilk təşkilatının qərarı ola bilər.

Mən gündəmdə saxlamaq naminə hər dəfə bu məsələyə qayıtmağın tərəfdarı deyiləm".

Vasif Həsənli
AzNews.az