Azərbaycan və Çexiya arasında iki sənəd imzalandı

15 Sentyabr 2015 17:32 (UTC+04:00)
Azərbaycan və Çexiya prezidentləri İlham Əliyev və Miloş Zeman iki ölkə arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalayıblar.

Bundan başqa, Azərbaycan və Çexiyanın Kənd Təsərrüfatı nazirlikləri arasında aqrar sahədə əməkdaşlıq üzrə anlaşma memorandumu imzalanıb.

Sənədi Azərbaycan tərəfdən Heydər Əsədov, Çexiya tərəfdən isə kənd təsərrüfatı nazirinin müavini Yaroslava Beneş imzalayıblar.