Cəlal Əliyevin adı YAP-ın namizədlər siyahısında yoxdur

15 Sentyabr 2015 18:43 (UTC+04:00)

AzNews.az xəbər verir ki, YAP bu ilki seçkidə 62 saylı Saatlı Seçki Dairəsindən Cəlal Əliyevin deyil, Nazim Rəşidovun namizədliyini irəli sürüb.

Qeyd edək ki, 2010-cü ildə keçirilən seçkidə Cəlal Əliyevin namizədliyi 62 saylı Saatlı Seçki Dairəsindən hakim partiya tərəfindən irəli sürülmüşdü və o, qalib olmuşdu.