YAP Rəbiyyət Aslanovanı rəsmən “vurdu” – Siyahıda adı yoxdur

15 Sentyabr 2015 19:22 (UTC+04:00)

AzNews.az xəbər verir ki, YAP-ın bu ilki seçki siyahısında Rəbiyyət Aslanovanın adı yoxdur. Partiya onun yerinə - 109 saylı Balakən seçki dairəsindən Nəsimi Rayon İcra Hakimiyyətinin sabiq icra başçısı Nəsib Məhəməliyevin namizədliyini irəli sürüb.

Qeyd edə ki, 2014-cü ildə keçirilən seçkilərdə Rəbiyyət Aslanovanın namizədliyi 109 saylı Balakən seçki dairəsindən hakim partiya tərəfindən irəli sürülmüşdü və o, qalib olmuşdu.