Şahmatçımız Qədir Hüseynov növbəti mərhələdə

15 Sentyabr 2015 20:13 (UTC+04:00)

AzNews.az Oxu.Az-a istinadən xəbər verir ki, ilk oyunda ağ fiqurlarla David Navaraya (2728) qalib gələn Qədir Hüseynov (2634) cavab qarşılaşmasında qara fiqurlarla çexilyalı rəqibi ilə bərabərliyə qalaraq növbəti mərhələyə adlayıb - 1,5:0,5.

Növbəti mərhələdə onun rəqibi çinli Dinq Liren olacaq (2782).

Şəhriyar Məmməyarov (2736) ağ fiqurlarla çinli Xou İfan (2671) ilə heç-heçə oynayıb. İlk görüşdə də eyni nəticə qeydə alındığından bu cütlüyün taleyi tay-brekdə həll olunacaq.

Daha bir təmsilçimiz Teymur Rəcəbov (2738) da ilk görüşdə bərabərliyə qaldığı izrailli İlya Smirinlə yenə"sülh"lə ayrılıb.

Təəssüf ki, mübarizəni Rauf Məmmədov (2657) dayandırıb. Təmsilçimiz dünyanın ən güclü şahmatçılarından biri sayılan Fabiano Karuanaya (2808) iki görüşün nəticəsinə görə məğlub olub - 1,5:0,5.