Sabah Bakının bu rayonları qazsız qalacaq

15 Sentyabr 2015 21:23 (UTC+04:00)

"Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AzNews.az-a verilən məlumata görə, abonentlərin qaz təchizatını yaxşılaşdırmaq məqsədilə, qaz kəmərlərinin üzərində qaztənzimləyici avadanlıqların quraşdırılması və tədbirlər planında nəzərdə tutulmuş dairəvi birləşmələrin yerinə yetirilməsi, həmçinin orta təzyiqli qaz xətti üzərində RDUK-200 tipli qaztənzimləyici qurğunun quraşdırılması ilə əlaqədar sentyabrın 16-da saat 10:00-dan işlər yekunlaşanadək Nəsimi rayonunun 1, 2, 3, 4 və 5-ci mikrorayonlarında, M.Cəlal, C.Məmmədquluzadə, H.Seyidzadə, A.Məhərrəmov küçələrinin, Tbilisi prospektinin və sabunçu rayonunun Zabrat və Balaxanı qəsəbələrinin, həmçinin Yasamal rayonunun bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.