Adı siyahıya düşməyən Rəbiyyət Aslanovadan - Açıqlama

15 Sentyabr 2015 21:47 (UTC+04:00)

AzNews.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Yeni Azərbaycan Partiyasının açıqladığı deputatlığa namizədlər siyahısında hazırda YAP-ın deputatı olan bəzi şəxslərin adı yoxdur.

Siyahıya salınmayan şəxslərin arasında Rəbiyyət Aslanova da var. Xanım millət vəkili "Qafqazinfo"ya açıqlamasında növbəti seçkilərdə iştirak etməyəcəyi haqda məsələni belə şərh edib:

"Partiyamız necə məsləhət bilir elə də olur. Mən bu partiyanın üzvüyəm və YAP-ın qərarına da hörmətlə yanaşıram. Həmin dairədən namizədliyini irəli sürmüş şəxsə uğurlar arzu edirəm. Hər şey dövlətimiz, ölkəmiz üçün..."

"Müstəqil olaraq namizədliyinizi irəli sürmək haqqında düşünürsünüzmü?" sualına isə Rəbiyyət Aslanova belə cavab verib:

"Yox, elə bir şey düşünmürəm..."

Xatırladaq ki, 109 saylı Balakən seçki dairəsindən Rəbiyyət Aslanovanın yerinə Məhməliyev Nəsib Məhəmməd oğlunun namizədliyi irəli sürülüb.