Şahmat üzrə dünya çempionatı başa çatdı - FOTO

15 Sentyabr 2015 22:17 (UTC+04:00)

AzNews.az Oxu.Az-a istinadən xəbər verir ki, təssüf ki, son tur ərəfəsində bütün şahmatçılarımız medala olan şanslarını praktiki olaraq itirdilər.

Oğlanlar arasında Misrətdin İskəndərov serbiyalışahmatçı Miloş Ratkoviçin müqaviməti ilə qarşılaşmayıb. Bu qələbə ona 7,5 xal toplayaraq 21-ci yeri tutmaq imkanı verib. "Derbi"də görüşən qrossmeysterlər Nicat Abbasov və Ülvi bacarani 2 ssatlıq mübarizədən sonra oyunu sülhlə bitiriblər. onlar hərəsi 8 xal toplayaraq, müvafiq olaraq 5-ci və 11-ci yerləri tutublar.

Təsəlli yalnız bütün şahmatçılarımız reytinqlərini qaldırmağa müvəffəq olmalarıdır.

Turnirin qalibi gözlənilmədən 10 xal toplayan rusiyalı şahmatçı Mixail Antipov olub.

Bütün turnir boyu mübarizəyə liderlik edən favorit Yan Kşiştof Duda (Polşa) yalnız məyus halda çiyinlərini çəkə bilib. Son turda mövqeyini qoruyaraq eyni xalı toplayan Duda əlavə üçüncü əmsal üzrə geri qalıb.

Bürünc medalı, 9 xal toplayan Matias Blüebaum (Almaniya) alıb.

Qızlar arasında da mübarizə gərgin olub. Liderlər öz aralarında keçirilən oyunlardan sonra, onlardan xalda çox geri qalan, və artıq ambisiyaları olmayan şahmatçılar ilə də oyun keçiriblər. buna baxmayaraq hüç kəs üçün asa olmayıb.

Turnirin lideri Ukrayna şahmatçısı Natalya Buksa Günay Məmmədzadıyı qalib gələ bilməyib. Ona Jansaya Abdulmalik (Qazaxlstan) xal miqdarına görə çat avə onu ötə bilərdi. Amma o da heç-heçə oynayaraq bürünc ilə razılaşıb. Rusiyalı şahmatçı Alina Bivolun həlledici görüşündəki qələbəsi Jansayaya çatmağa, 9,5 xal toplayaraq şəxsi görüşdə onu geridə qoymağa imkan verib.

Günay 8 xal toplayaraq 7-ci yeri tutub.

Digər üç şahmatçımız sonda "qapını çırpıblar".

Ülviyyə Fətəliyeva İrina Droqovozu (Rusiya) üstünlükdən məhrum edib. Rəqibi risk etdikdə isə təşəbbüsü öz üzərinə götürərək onu təslim olmağa məcbur edib. onuda 8 xalı var və o turnir cədvəlində 9-cu yerdədir.

Səbinə İbrahimova macar Yuliana Ternbeyə qalib gəlib. Aytən Əmrayeva isə monqol şahmatçısı Bayarmaa Bayarjarqala qalib gəlib.

7,5 xal toplayarq onlar müvafiq olaraq 14 və 17-ci yerləri tutublar.